Bu il Gürcüstanda törədilən cinayətlərin 74 faizinin üstü açılmayıb – Statiskita

Cəmiyyət Manshet

Bu ilin yanvar-mart aylarında Gürcüstanda 17 821 cinayət faktı qeydə alınıb.

Nsa.ge Reporta-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) hesabatında bildirilib.

İllik müqayisədə cinayət faktlarının sayı 27,29% artıb. Gürcüstan DİN cinayət hallarının 26,36%-nin üstünü aça bilib.

Hesabat dövründə cinayət hadisələrinin böyük əksəriyyəti əmlaka zərər vurma (7 476), sağlamlığa zərər vurma (3 115) və narkotik vasitələrlə (1 295) bağlı olub. İllik müqayisədə əmlaka zərər vurmaqla bağlı cinayət halları 25,94%, sağlamlığa zərər vurmaqla bağlı cinayət halları 26,06%, narkotiklərlə bağlı cinayət halları isə 36,03% artıb.

Gürcüstanın Milli Statiskita İdarəsinin hesabatına əsasən isə ölkədə təkcə mart ayında 6 214 cinayət hadisəsi törədilib ki, onların da yalnız 22,03%-nin üstü açılıb.

NSA.GE