Danimarkadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı açıqlanıb

Manshet Cəmiyyət

Danimarkadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı keçən il ilə müqayisədə üç dəfə azalıb.

Nsa.ge xəbər verir ki, bu barədə Danimarkanın miqrasiya xidmətinin göstəricilərində qeyd olunub.

Belə ki, cari ilin yanvar-avqust aylarında Gürcüstan vətəndaşları tərəfindən 81 ərizə qeydə alınıb. Keçən il isə, ərizələrin sayı 264 olub.

2018-ci ildə isə Danimarkadan 402 Gürcüstan vətəndaşı sığınacaqla bağlı müraciət edib..

Eritrea və Suriyədən sonra, bu göstəricilərlə Gürcüstan üçüncü yerdə idi.

Qeyd edək ki, heç bir Gürcüstan vətəndaşı Danimarkadan sığınacaq ala bilməyib.

İllərin göstəricilərinə görə, Danimarkadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının statistikası belədir: 2014-cü ildə -111, 2015-ci ildə – 100, 2016-cı ildə – 73, 2017-ci ildə – 76, 2018-ci ildə – 402; 2019-cu ildə (yanvar-avqust) – 81.