Daşqınlar Gürcüstanda ciddi fəsadlar törədib – FOTOLAR

Cəmiyyət Manshet

Gürücstanın Mestia rayonunda son günlər davam edən aramsız yağışlar Nenskra və Mestiaçala çaylarında daşqına səbəb olub.

Nəticədə “Mestiaçala SES 1”-in binasını su basıb, körpü və bir neçə obyekt dağılıb.

Daşqın infrastruktura, su boruları və avtomobillərə ciddi ziyan vurub. Mestia rayon əhalisinin 60%-i susuz qalıb. Sakinlər rayonda bu cür genişmiqyaslı fəlakətin ilk dəfədir baş verdiyini bildiriblər.

Təbiət hadisəsi zamanı xəsarət alan olmayıb.

Fəlakət zonasına fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumların nümayəndələri cəlb olunub.

Mənbə: Report