David Qareci məsələsi üzrə II İliya şeyx Ramin İgidov və şərqi Gürcüstanın müftisi ilə görüşüb

Cəmiyyət Manshet

David Qareci məsələsi ilə bağlı, Gürcüstan Patriarxlığında növbəti görüş keçirildi.

Nsa.ge xəbər verir ki, görüş barəsində məlumatı Gürcüstan Patriarxlığı yayır.

Bütün Gürcüstanın Katalikos-Patriarxı Bütün Gürcüstanın şeyxi, Ramin İgidovu və şərqi Gürcüstanın müftisini, Yasin Əliyevi və Oktay İsayevi qəbul etdi”, – Patriarxlıqda bəyan edirlər.

Belə ki, Gürcüstan Patriarxlığının məlumatına görə, Bütün Gürcüstanın Katalikos-Patriarxı qonaqlara qarşı hörmətini bir daha ifadə etdi və ümidvar olduğunu bildirdi ki, yaranmış durum sülh yolu ilə ədalətli həll olunacaq.

Qeyd edək ki, Mayın 4 və 5-də Patriarxlıqda Azərbaycan səfiri Dursun Həsənəv və Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin Paşa Zadənin nümayəndəsi, Əli Əliyev ilə görüş keçirildi. Görüşdə David Qareci məsələsi müzakirə olundu.

NSA.GE