Daxili İşlər Naziri büstlə bağlı bəyanat verdi

Manshet Cəmiyyət

“Daxili İşlər Nazirliyi və Polis əməkdaşları ifadə azadlığına hörmətlə yanaşıb və bir çox dəfə bunu təsdiqləyib”.

Nsa.ge xəbər verir ki, bu barədə Daxili İşlər Naziri jurnalistlərə müsahibəsində bildirib.

“Mən bir daha bəyan edirəm ki, ifadə azadlığını müdafiə edirik, etirazçıların ifadə azadlığını qoruduğmuz üçün bu gün də biz bu büstün ifadə azadlığını müdafiə edəcəyik”.

Qeyd edək ki, bu gün ictimai fəallar tərəfindən Daxili işlər naziri Q. Qaxarianın “üzr istəyirəm” büstü Gürcüstan parlamentinin qarşısına yerləşdirildi.

İctimai fəalların sözlərinə görə onların məqsədi 12 may tarixində baş verən hadisələri xatırlatmaqdır.

Təşkilatçı Sandro Cavaxişvilinin bildirdiyinə görə, büstün önündə qırmızı düymə var, həmin düyməyə basdıqda Qiorgi Qaxarianın büstü “üzr istəyirəm” deyir.

O, eyni zamanda bildirdi ki, bu aksiya 2 gün davam edəcək.

NSA.GE