Daxili İşlər Nazirliyi 17 mayda planlaşdırılan tədbirlə bağlı bəyanat yayır

Cəmiyyət Manshet

Gürcüstanın Daxili İşlər Nazirliyi 17 mayda planlaşdırılan tədbirlə bağlı bəyanat yayır.

Nsa.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, insan hüquqlarının qorunması Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biridir.

“Nazirlik siyasi, dini, cinsi aidiyyatı və orientasiyasına baxmayaraq, hər bir insanın təhlükəsizliyinin qorunmasını təmin edəcək.

Əlimizdə olan məlumata görə, 2017-cu ilin may ayında, Tbilisidə, müxtəlif yerlərdə tədbirlər keçiriləcək. Nazirlik hər bir vətəndaşa müraciət edir ki, qanun çərçivələrindən kənara çıxmasınlar. Əks təqdirdə, polis öz mandatı çərçivəsində hərəkət edəcək” – deyilir Nazirliyin bəyanatında.

NSA.GE