Daxili İşlər Nazirliyi daha iki etirazçını saxladı

Cəmiyyət Manshet

Paytaxt Tbilisidə 20-21 iyunda ölkə parlamentinin binası qarşısında baş verən hadisələrlə bağlı daha iki şəxs saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq nəticəsində məlum olub ki, həbs edilən şəxslər, 1993-cü il təvəllüdlü M.M. və 1976-cı il təvəllüdlü G.K. parlamentin qabağında polisə hücum etdilər  və parlamentə zorla daxil olmağa çalışırdılar.

Faktla bağlı istintaq, Gürcüstanın cinayət məcəlləsinin 225-ci və 315-ci maddələri ilə davam edir.