Daxili İşlər Nazirliyi David Qareci ilə bağlı ictimaiyyətə müraciət edib

Cəmiyyət Manshet

Daxili İşlər Nazirliyi (DİN) Gürcüstan-Azərbaycanla sərhəddində yerləşən David Qareci Məbəd-Kompleksi ilə bağlı ölkə ictimaiyyətinə müraciət edib.

Nsa.ge xəbər verir ki, DİN vətəndaşları Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.

DİN-nin müraciətində qeyd olunub ki, ötən gün sərhəddə baş verən kiçik insidentlə bağlı araşdırma aparılır: “Biz cəmiyyəti və vətəndaş qruplarını razılığın mümkün qədər tez əldə olunması üçün delimitasiya üzrə komissiyanın işinin sakit mühitdə keçirilməsinə imkan verməyə çağırırıq”.

Qeyd edək ki, ötən gün David Qareci Məbəd-Kompleksində bələdçi çalışan vətəndaş azərbaycanlı sərhədçilərin kilsədən ikonaları icazəsiz götürdüklərini iddia edib. Kiçik insident yaransa da, problemin sonradan həll olunduğu bildirilir.