Daxili İşlər Nazirliyinin daha bir əməkdaşı saxlanılıb

Cəmiyyət Manshet

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) daha bir əməkdaşı saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Baş Prokurorluğda keçirilən brifinqdə bildirilib.

Polis əməkdaşı iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. O, aksiyanın dağıdılması zamanı istifadə olunan xüsusi vasitələri həddindən artıq tətbiq etməklə iki aksiya iştirakçısına xəsarətlər yetirib.

Qeyd edək ki, ötən gün Gürcüstan DİN-in bir əməkdaşı saxlanılıb.