Əhali və hüquqmühafizəçilər arasındakı qarşıdurmanın videoları yayıldı

Cəmiyyət Manshet

Gürcüstan Daxili İŞlər Nazirliyi Pankisi dərəsində əhali və hüquqmühafizəçilər arasında qarşıdurmanın videokadrlarını yayıb.

Nsa.ge bu barədə Nazirliyə istinadən məlumat verir.

Xatırladaq ki, yerli əhali Pankisi dərəsində SES-in tikintisi üzrə işləyən traktora maneçilik tərətməyə cəhd göstərib. Daha sonra aksiya iştirakçıları xüsusi təyinatlı dəstə üzvlərini daşqalaq etməyə başlayıblar. Hüquqmühafizəçilər onlara qarşılıq olaraq gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurma nəticəsində 27 nəfər xəsarət alıb, onlaradan 15 nəfəri DİN-in əməkdaşlarıdır.

NSA.GE