DİN Gürcüstana qaçan bacılarla razılaşıb

Cəmiyyət Manshet

Səudiyyə Ərabistanından gələn bacılar – Maha və Vafa Al-Subailər Gürcüstanda sığınacaq axtaranların prosedurunun keçməsinə razılaşıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, Səudiyyə Ərabistandan qaçan bacılar, Maha və Vafa Al-Subailər sosial şəbəkə vasitəsi ilə videomüraciət yayıblar ki, onlar Gürcüstandadırlar və kömək istəyirlər.

Gürcüstan DİN-nin Miqrasiya Departamentinin əməkdaşları, bacıların yaşadığı ünvana getib. Hüqumühafizəçilərin məqsədi onlarla söhbət etmək idi. Miqrasiya Departamentinin əməkdaşları onları sığınacaq axtaranların prosedurunun keçməsi barəsində məlumatlandırdılar.

Danışıqlardan sonra bacılar Gürcüstanda sığınacaq axtaranların prosedurunun keçməsinə razılaşıb.NSA.G

Qeyd edək ki, ailə üzvləri tərəfindən təhlükə hədələri olduğunu deyirdilər.

Daxili İşlər Nazirliyi bəyanatda bildirir ki, “onlara qarşı mövcud olan təhlükə barəsində qeyd etdiyi insanlar, Gürcüstanda deyillər”.

NSA.GE