DİN: Bu gündən etibarən Azadlıq meydanında yol hərəkatı dayandırılacaq

Cəmiyyət Manshet

Bu gündən etibarən Azadlıq meydanında yol hərəkatı dayandırılacaq.

Nsa.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi bəyanat yayır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gündən etibarən, 26 May – Müstəqillik gününə həsr olunan tədbirlərin hazırlıq müddətində paytaxtda nəqliyyat vasitələrinin hərəkatı məhdudlaşdırılacaq.

Rustavelidən Azadlıq meydanı istiqamətinə gedən nəqliyyat vasitələrinin axını, Azadlıq meydanını keçərək, Puşkin küçəsinə düşəcək.

Mayın 24-də Azadlıq meydanında yol hərəkatı dayandırılacaq.

“Mayın 27-dən, tədbir üçün hazırlanan dekorasiyaların demontajından sonra, məhdudiyyətlər aradan qaldırılacaq və nəqliyyat vasitələri hər zamanki hərəkat rejiminə keçəcəklər” – deyilir DİN-in bəyanatında.

NSA.GE