DİN: Pankisi dərəsində baş verən aksiya zamanı 27 nəfər xəsarət alıb.- Foto

Cəmiyyət Manshet

Pankisi dərəsində əhali və xüsusi təyinatlı dəstə üzvləri arasında qarşıdurma baş verib.

Nsa.ge məlumat verir ki, Daxili İşlər Naziri əhali ilə görüşüb, məsələ ilə bağlı öz mövqeyini bildirib.

Pankisi dərəsində yerli əhali Brikani kəndində tikilməsi planlaşdırılan HES-in tikintisinə ediraz edərək işləyən traktora maneçilik tərətməyə cəhd göstəriblər.

Daha sonra aksiya iştirakçıları xüsusi təyinatlı dəstə üzvlərini daşqalaq etməyə başlayıblar. Hüquqmühafizə orqanı onlara qarşılıq olaraq gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurma nəticəsində 15 hüquqmühafizəçisi və 12 nəfər aksiya istirakçıları xəsarət alıb.

Daxili İşlər Naziri, Giorgi Qaxariya Pankisi dərəsində aksiya iştirakçıları ilə bağlı qapılar arxasında görüş keçirib. Görüş yerli sakinlərin evinin birində keçirilir. Q. Qaxariya hadisə ilə daha yaxından tanış olub.

Onun dediyinə görə, xüsusi təyinatlı dəstə üzvlərinin cavab reaksiyası, əhali tərəfindən daşların atılmasından sonra baş verib. Nazir bu hadisələrin yolverilməz olduğunu və növbəti dəfə daha sərt reaksiya veriləcəyini qeyd edib.

NSA.GE