DİN: Pankisidə polis odlu silahdan istifadə etməyib

Cəmiyyət Manshet

Gürcüstanın Daxili İşlər Nazirliyi Pankisi dərəsində aprelin 21-də polis tərəfindən odlu silahdan istifadə etdiklərinə dair yayılan məlumatı təkzib edir.

Nsa.ge xəbər verir ki, Yerli əhali isə iddia edir ki, polislər rezin güllələrlə bərabər həm də odlusilahdan da istifadə ediblər.

Polislərə təzyiq və polis texnikasına zərər verilməsi faktına görə istintaq, Gürcüstanın cinayət məcəlləsinin 353 cü prima və 187 ci maddəsi ilə başladılıb.

Yerli sakinlərin bir hissəsi polisə qarşı çıxıb. Yaranan münaqişə zamanı polis texnikasına zərər vurulub, hər iki tərəfdən yaralananlar olub.

DİN açıqlamasında qeyd edilib ki, hadisə günü 38 polis əməkdaşı və 17 mülki vətəndaş olmaqla, ümumi 55 nəfərə ilkin tibbi yardım göstərilib. 23 polis əməkdaşı Telavi xəstəxanasında müalicələrini davam etdirirlər.

NSA.GE