DİN Tbilisdə yaşayan keniyalı və misirli ailə ilə bağlı araşdırmaya başladı

Cəmiyyət

Tbilisi dənizi qəsəbəsində Kenyalı qadın köməkçi kimi işləyən Misirli ailəni zorakılıqda günahlandırır.

Nsa.ge İPN.ge- yə istinadən məlumat verir ki, ailə qadının işindən narazı olub və onların arasında bir neçə dəfə mübahisə də yaranıb.

Kenyalı qadının iddiasına görə, ona fiziki təzyiq olub. Qeyd edək ki, qadın miqrasiya departamentindədir.

Daxili İşlər Nazirliyi bildirir ki, hadisə ilə bağlı istintaq cinayət məcəlləsinin 126 -cı maddəsilə aparılır . Maddə zorakılığı nəzərdə tutur.

NSA.GE