DTX: 300 dollar məbləğində rüşvət verilmə faktı ilə bağlı vətəndaş saxlanılıb

Manshet Cəmiyyət

Dövlət Təhlükəsizliyinin Antikorupsiya Agentliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin Milli İcra bürosunun əməkdaşları ilə bərabər keçirdikləri istintaq nəticəsində rüşvət verilmə faktı ilə bağlı vətəndaş saxlanılıb.

Nsa.ge xəbər verir ki, hakim qərarı əsasında, rüşvət vermək ittihamı ilə Şalva T. saxlanılıb.

“İstintaq nəticəsində məlum oldu ki, Şalva T., yaşayış evindən ev sakinləlirinin çıxardılmasının tezləşdirilməsi üçün Milli İcra Bürosunun polis ofiserinə rüşvət olaraq, 500 dollar təklif edib, o, 300 dollarını əvvəlcədən verib” – deyilir DTX-nın bəyanatında.

İdarənin məlumatına görə, saxlanılan şəxsi 4-dən 7 ilə dək həbs cəzası gözləyir.