DTX 800 lari qarşılığında vətəndaşa sürücülük vəsiqəsi vəd verən şəxsi saxlayıb

Manshet Cəmiyyət

Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi bir nəfəri saxtakarlıq ittihamı ilə saxlayıb.

Nsa.ge Netgazet-ə istinadən xəbər verir ki, istintaqla məlum olub ki, Murman M. Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində xüsusi tanışlıqlardan istifadə edərək, nəzəri və praktiki imtahanlardan keçmədən, vətəndaşa 800 lari qarşılığında, sürücü vəsiqəsini almağa söz verib.

Faktla bağlı istintak aparılır. İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 19-180-cu maddəsinin, 2-ci hissəsinin “b” altbəndi ilə aparılır. Maddə 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan.

Qeyd edək ki, Tədqiqat Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən aparılır.