Marneulidə avtomobil yandı – VİDEO

Cəmiyyət Manshet

8 iyul tarixində Marneulinin Qızılhacılı kəndində avtomobil öz-özünə yanıb.

Nsa.ge xəbər verir ki, Marneulinin Algeti kənd sakini Lətif İsmayılova aid “Mersedes ML” markalı avtomobil birdən birə alovlanaraq yanıb. 

Şahidlərin Nsa.ge xəbər portalına verdikləri məlumata görə, avtomobilin elektrik kabellərindəki qısaqapanma nəticəsində avtomobil öz-özünə yanmağa başlayıb.

Hadisə yerinə yanğın söndürən maşın çağrılsada avtomobili söndürmək mümkün olmayıb, avtomobil yararsız hala gəlib.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.