Etiraz edən taksi sürücülərinin tələbi nədir? – Açıqlama

Cəmiyyət Manshet

Məlumat verdiyimiz kimi, Gürcüstanın İşçi Partiyası tərəfindən taksi sürücülərinin etiraz aksiyası keçirilir.

News Space Agency bildirir ki, partiya nümayəndəsi Lasha Chkhartishvili tələblərini elan edib.

Chkhartishvili  jurnalistlərə açıqlamasında bildirib ki,  onların tələbləri  avtomobilləri ağ rəngə boyadılmağının ləğvi, sükanı sağda olan avtomobillərlə də taksi xidməti göstərmək, sərnişini istənilən yerdən götürməkdir:

“Bir sözlə, hər şeyin əvvəlki formada qalmağını tələb edirik”.

Xatırladaq ki,  ötən günlərdə Tiflis şəhər merliyi avtomobillərini ağ rənglə boyanmaqından imtina edən taksi sürücülərinə güzəştə getməyi qərara alıb. Bələdiyyə sədrinin müavini İlya Eloşvili bildirib ki, Tbilisidə işləmək üçün avtomobilin ağ film ilə yapışdırılması kifayətdir.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir