Etirazçılar hökümət binasının qarşısına doğru yürüşə başladılar

Cəmiyyət Manshet
Photo: İPN

Parlament qarşısında etiraz aksiyası başa çataraq, etirazçılar Rustaveli prospektindən hökumət administrasiyası binasına qədər yürüşə başlayıblar.

Nsa.ge xəbər verir ki, yürüş boyu “Yaşasın Gürcüstan!” və “Get!” şüarları səsləndirilir. Şəhərdə yağış yağmasına baxmayaraq yürüş davam edir.

Etirazçıların tələbləri dəyişməz olaraq qalır. Etirazçılar hakimiyyət tələblərini yerinə yetirməsə aclıq aksiyasına başlayacaqlar bildiriblər.

Xatırladaq ki, etirazçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını, iyunun 20-də Tbilisidə keçirilən kütləvi aksiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasını və proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Qeyd edək ki, etirazçılar aksiyanın sabah saat 19: 00-da yenə olacağını bildiriblər.