Etirazçıların sayı artır, Rustaveli prospekti bağlandı – FOTO

Cəmiyyət Manshet

Paytaxtı Tbilisi şəhərində keçirilən etiraz aksiyasına qatılan iştirakçıların sayı artıb.

Nsa.ge xəbər verir ki, parlamentin binası qarşısındakı Rustaveli prospektində avtomobillər üçün hərəkət dayandırılıb.

Ötəngünkü aksiyalardan fərqli olaraq, bu gün aksiyaçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin əleyhinə plakatlar tutublar. Gənc fəallar aksiya iştirakçılarına B.İvanişvili ilə bağlı təhqiramiz xarakterli vərəqələr paylayırlar.