Etirazçıların tələbləri yerinə yetirilməyib

Cəmiyyət Manshet

Tbilisidə etirazçıların tələblərinin yerinə yetirilməsi üçün hökumətə verilən vaxt başa çatıb.

Nsa.ge xəbər verir ki, tələblərin heç biri yerinə yetirilmədiyindən saat 19:00-da parlamentin binası qarşısında yenidən etiraz aksiyası keçiriləcək.

Aksiyanın tələbləri, Daxili İşlər Naziri Qiorqi Qaxaria istefası, iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının cəzalandırılması, saxlanılan 305 nəfərin azadlığa buraxılması və proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsindən ibarətdir.