Fransada toqquşmalar: 380 nəfər saxlanıldı – VİDEO

Cəmiyyət Dünya Manshet

Fransanın paytaxtı Parisdə 1 May yürüşü ilə əlaqədar baş verən iğtişaşlardan sonra ümumilikdə 380 nəfər saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu haqda BBC yerli DİN-ə istinadən məlumat verir.

“Sarı jiletlilər”lə asayiş keşikçiləri arasında baş vermiş toqquşmalarda 24 nümayişçi və 14 polis əməkdaşı xəsarət alıb.

İğtişaşlar zamanı bir qrup fəal küçədəki ticarət obyektlərinin şüşələrini qırıb, alışqan materiallar ataraq yanğınlar törədib.

Asayişin qorunması üçün yürüşün keçirildiyi küçələrə yeddi mindən çox polis səfərbər olunub.

NSA.GE