Gecə əsən güclü külək Marneulidə fəsadlar törədib – FOTO/VİDEO

Cəmiyyət Manshet

Gürcüstanın Marneuli şəhərində gecə saatlarında əsən güclü külək fəsatlar törədib.

Nsa.ge xəbər verir ki, külək Marneulinin mərkəzi küçəsi Rustavelidə yerləşən “Marneuli Plaza” adlanan binanın qabağında ağacı kökündən çıxarıb.

Belə ki, Ağac yola yıxılaraq, yolu bağlayıb.

Hadisə zamanı zərər görən olmasada, ağac ərazidən keçən elektirik xətlərinə zərər vurub.

Problemi aradan qaldırmaq üçün hadisə yerinə, Daxili İşlər Nazirliyinin və Fövqəladə hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Problem qısa müddətdə həll olunub, elektrik xəttləri bərpa olunub və avtomobillər üçün yol hərəkəti açılıb.