Giorgi Qaxarianın istefası tələbi ilə magistral yol kənarında plakatlar yerləşdirilib – FOTO

Cəmiyyət Manshet

Gürcüstanda Batumi-Kobuleti magistral avtomobil yolunun kənarında bu gün səhər saatlarında daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb ilə böyük ölçüdə plakatlar yerləşdirilib.

Nsa.ge xəbər verir ki, aksiyanı müxalif Vahid Milli Hərəkat Partiyasının Acarıstandakı yerli təşkilatı təşkil edib.

Plakatlarda “Qaxaria get!” şüarı yazılıb. Partiya üzvləri bildiriblər ki, DİN rəhbəri istefa verənə qədər bu cür aksiyalar davam etdiriləcək.