Güclü külək və yağış Gürcüstanda fəsadlar törədib – FOTO

Manshet Cəmiyyət

Gürcüstanın Qurcaani rayonunda güclü külək və yağış bir sıra problemlər yaradıb.

Nsa.ge xəbər verir ki, ötən gecə rayonda müşahidə olunan qasırğalı külək rayonun Kalauri və Şaşiani kəndlərində məktəb və yaşayış binalarının dam örtüklərini uçurub.

Vazisubani kəndində irigövdəli ağacların yola aşması nəticəsində mərkəzi yolda avtomobillərin hərəkəti dayandırılıb.

Təbiət hadisəsi zamanı xəsarət alan olmayıb.

Qurcaani rayon rəhbərliyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.