Güclü yağış və külək bu rayonlarda ciddi problemlər yaratdı

Cəmiyyət Manshet

Güclü yağış və külək Siğnaği, Qurcaani və Loqodexi munisipalitetlərində problemlər yaratdı.

Nsa.ge xəbər verir ki, Qurcaani meri Arçil Zandamaşvili təbii fəlakət zamanı vurulan zərərin həcmi bu gün məlum olacağını bildrib.

Merin dediyinə görə, müvafiq komisiya artıq hadisə yerində işləyir və zərər görən əhaliyə munisipalitet meriyası yardım edəcək.

Laqodexi munisipalitetinin meri Condo mdivanişvilinin Birinci Kanala verdiyi məlumata görə, hazırda sular altında qalan evlərin xilas edilməsi işləri aparılır və həmçinin regiona verilən zərərin həcmi hesablanır.