Güclü yağış və külək Marneulidə yenə fəsadlar törətdi – FOTO/VİDEO

Cəmiyyət Manshet

Bu gün axşam saatlarında güclü yağış və külək Marneulidə yenə fəsadlar törədib.

Nsa.ge xəbər verir ki, Marneulinin Kirəç-Muğanlı kəndində təbii fəlakət nəticəsində bir çox insana ziyan dəyib.

Belə ki, güclü yağışın yağması nəticəsində 10-a yaxın evin zirzəmisinə su dolub, 1 evin isə hasar uçub. Kənd əhalisinin əkin sahələrinə ciddi ziyan dəyib.

Bununla yanaşı güclü külək beş avtomobilin üstünə ağac aşırıb.