Gürcü deputat azərbaycanlı gənclərin yaratdığı teatrın fəaliyyəti ilə tanış olub

Cəmiyyət Manshet Mədəniyyət

Gürcüstan parlamentinin Bolnisi rayonundan olan majoritar deputatı Qoqi Meşveliani azərbaycanlı gənclərin yaratdığı “Era Tetarı”nın üzvləri ilə görüşüb.

Nsa.ge Report-a istinadən xəbər verir ki, Gürcüstan parlamentində keçirilmiş görüşdə teatrın direktoru Əli Məmmədov və İdarə Heyətinin üzvləri iştirak ediblər.

“Era Teatrı”nın üzvləri deputata teatr və onun gələcək planları barədə ətraflı məlumat təqdim ediblər. Görüşdə teatrın səhnələşdirdiyi “Bu yolun son stansiyası” adlı tamaşanın yaxın vaxtlarda Bolnisidə gürcü dilində tamaşaya qoyulması barədə razılıq əldə olunub.

Q. Meşveliani teatrla əməkdaşlıq edəcəyini qeyd edərək gənc komandaya dəstək verəcəyini bildirib.

Qeyd edək ki, “Era Teatrı”nın “Bu yolun son stansiyası” tamaşasının premyerası bu ilin yanvarın 24-də Tbilisidə baş tutub. Gənclər arasında yayılmış zərərli vərdişlərin törətdiyi təhlükələrə həsr olunmuş tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Rafiqoğludur. Tamaşa Marneuli, Qardabani və Bolnisi rayonunda nümayiş etdirilib. 

NSA.GE