Gürcü dindarlar David Qareci məsələsinə görə Qırmızı Körpü sərhəd-keçid məntəqəsinə gedən yolu bağlayıblar

Cəmiyyət Manshet

Gürcüstanın Marneuli rayonunda bir qrup keşiş və dindar Azərbaycana gedən əsas magistral yolda aksiya keçiriblər.

Nsa.ge xəbər verir ki, aksiya iştirakçıları “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gedən yolu bir neçə dəqiqəlik bağlayıblar.

Nəticədə yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Marneuli və Xucabi yeparxiyasının təşkil etdiyi aksiyada istirak edənlər “David Qareci (Keşikçi Dağı) Gürcüstanındır” şüarlar səsləndiriblər.

İştirakçılar bildiriblər ki, bu aksiya xəbərdarlıqdır. Onlar Gürcüstan hökumətini məbəd kompleksi ətrafında yaranmış problemi həll etməyə çağırıblar.

NSA.GE