Gürcü fəallar David Qareci kompleksi ətrafına patrul xidmətinə başlayıblar

Cəmiyyət Manshet

Gürcü aktivistlər David Qareci kompleksi ətrafına patrul xidmətinə başlayıblar

Nsa.ge xəbər verir ki, Gürcü fəallar  Gürcüstan-Azərbaycan səhəd zonasında “David Qareci” kompleksinin delimitasiya edilməmiş hissəsində mülki patrul xidmətinə başlayacaqlarını bəyan ediblər.

Belə ki, hərəkatın rəhbərlərindən olan David Katsarava bildirib ki, patrul xidməti ancaq turist marşrutu üzərində fəaliyyət göstərəcək.

“Məqsədimiz eyni zamanda buradakı vəziyyətlə bağlı cəmiyyətə tez-tez  informasiya ötürməkdir. 3-4 gün idi ki, buradakı vəziyyətlə bağlı heç bir xəbər ala bilmirdik. Məsələ tam həll olunana qədər burada qalmağı planlaşdırırıq” – deyə David Katsarava bildirib.

O, fəalların Azərbaycan sərhəd keşikçiləri ilə birbaşa dialoqa girməyəcəklərini deyib.

NSA.GE