Gürcü politoloq: Biz mehriban qonşularıq və elə də qalacağıq

Manshet Cəmiyyət

“David Qareci qədim monastr kompleksi ilə bağlı situasiya o qədər də sadə deyil. Bu, hər iki tərəf üçün olduqca əhəmiyyətli məsələdir. Buna görə də iki ölkə rəsmiləri arasındakı danışıqlar və müzakirələr hələ davam edəcək”.

Nsa.ge xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə tanınmış şərhçi-ekspert Arçil Sixarulidze deyib.

Onun sözlərinə görə, bu gün tərəflər hər kəsin sözügedən əraziya maneəsiz gedə bilməsi üçün razılığa gəliblər.

“Bu hal həm də onu göstərir ki, həm Bakı, həm də Tbilisi dövlətlərarası əlaqələrin vacibliyini dərk edirlər. Xüsusilə də biz Cənubi Qafqazda strateji tərəfdaşlarıq və heç kim münasibətlərin gərginləşməsini istəmir. Millətlər arasındakı əlaqələrə gəldikdə isə nəyinsə pis olacağını gözləmək üçün heç bir səbəb yoxdur. Necə ki biz əvvəl mehriban qonşular idik, indi də elə olaraq qalacağıq”, – deyə ekspert bildirib.

Qeyd edək ki, son vaxtlar Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiya olunmamış ərazisindəki dağlarda yerləşən David Qareci qədim monastr-kompleksi iki ölkə arasında insidentlərə səbəb olub.