Gürcüstan əhalisinin 20%-dən çoxu yoxsulluq səviyyəsindən aşağıda yaşayır

Cəmiyyət Manshet

Ötən il Gürcüstan əhalisinin 20,1%-i yoxsulluq həddindən aşağıda yaşayıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.

Şəhər yerlərində bu göstərici 18%, kənd yerlərində isə 23,1% olub.

Qeyd edək ki, işsizlik və yoxsulluq ölkədə ən əsas problemlərdir.