Gürcüstan azərbaycanlılarından prokurorluğa etiraz: “Ədalətli məhkəmə tələb edirik!” – FOTO

Manshet Cəmiyyət

Bu gün Gürcüstanın Baş Prokurorluğu qarşısında Qaracalar kənd sakinləri aksiya keçiriblər.

Bu haqda Nsa.ge-yə aksiya iştirakçıları məlumat verib.

Belə ki, iştirakçılar 2017-ci ildə Qaracalar kənddə baş verən insident bağlı saxlanılan şəxslərin məhkəmə prosesinin ədalətsiz olduğunu bildiriblər.

Aksiya iştirakcıları əllərində “Ədalətli məhkəmə tələb edirik!”, “Gürcüstan azərbaycanlıları seçkidən seçkiyə yada düşürlər!” və digər şüarlar səsləndirib.

Hadisə ilə bağlı 6 nəfər saxlanılıb. Saxlanılan şəxslərin hər birinə 12 il azadlıqdan məhrum etmə cəzası verildiyi bildirilir.

Qaracalar kənd sakinlərinin sözlərinə görə, saxlanılan 6 nəfərdən 3-ü, Dinar Mehdiyev, Rahib Kərimov və Nicat Babayev günahsızdırlar. Kənd sakinləri cəzanın yüngüləşdirilməsini tələb edirlər.

Kənd sakinləri onuda qeyd ediblər ki, tələbləri nəzərə alınmasa, daha genişmiqyaslı aksiya keçirəcəklər.

Günahsız olduqları bildirilən saxlanılan gənclər aclıq aksiyası elan etmək niyyətində olduqlarını deyiblər.

Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs həmin gənclərin hadisədə iştirak etmədiklərini bildirsə də, onlar həbs edilib.