Gürcüstan məktəblərində təbiət elmlərinin tədrisinə dəyişiklik edilib, yeni fənn əlavə olunub

Cəmiyyət Manshet

“Yeni dərs ilindən etibarən Gürcüstan məktəblərinin VII siniflərində fizika, biologiya, kimya birləşdirilmiş formada tədris olunmayacaq”.

Bu barədə “Interpressnews” agentliyinə Milli tədris planı və resurslarının qiymətləndirilməsi İdarəsinin rəhbəri Mariam Çikobava bildirib.

Onun sözlərinə görə, tədris proqramları tam yenilənib və 2019-2020-ci dərs ilində VII sinif şagirdləri yeni dərsliklər üzrə təhsil alacaqlar: “Əgər bu günə qədər VII sinif şagirdlərinə təbiət elmləri olan fizika, kimya, biologiya kombinə olunmuş formada tədris olunurdusa, indi artıq fənlər bölünüb. Yeni dərs ilindən başlayaraq biologiya və fizika VII sinifdə, kimya isə VIII sinifdə keçiriləcək”.

M.Çikobava qeyd edib ki, yeni dərs ilindən VII sinif şagirdlərinə yeni mütləq “Vətəndaşlıq” fənni tədris olunacaq. Fənn üzrə şagirdlərə 5 mövzu – cəmiyyət, məktəb mühiti, sağlam həyat tərzi, ətraf mühit və mədəni irs, cəmiyyətdə iqtisadi münasibətlər öyrədiləcək.

Mənbə: Report