Gürcüstan “nümunəvi ölkə” statusu aldı

Manshet Cəmiyyət Dünya

Gürcüstanın Səhiyyə Nazirliyinin nümayəndə heyyəti Avstriyada, Avropa Qara Ciyər Tədqiqat Asosiyasiyasının və Beynəlxalq Qara Ciyər Fondu tərəfindən təşkil olunan forumda iştirak edib.

Nsa.ge Səhiyyə Nazirliyinə istinadən bildirir ki,  konqres çərçivəsində,  hepatitin eliminasiyası sessiyasında Gürcüstan müzakirə edilib.

Sessiyada Gürcüstana dünyada ilk dəfə “hepatit ilə mübarizə baxımından nümunəvi ölkə statusu” verilib.

Fəxri titulu S əhiyyə Naziri Davit Sergeenkoya Avropanın Qara Ciyər Təqdiqatı Asosiasiyasının sədri Masimo Kolombo  təqdim edib.

Konqres çərçivəsində Beynəlxalq Fond və Gürcüstanın Səhiyyə Nazirliyi arasına birgə memorandum da imzalanıb.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir