Gürcüstan parlamentində milli azlıqların dövlət dili ilə bağlı problemi qaldırılıb – VİDEO

Manshet Cəmiyyət

Gürcüstan parlamentinin bugünkü plenar iclasında ölkədə yaşayan milli azlıqlar arasında dövlət dilini bilmək səviyyəsinin yüksək olmaması ilə bağlı məsələ qaldırılıb.

Deputat Savalan Mirzəyev “nazir saatı” formatında çıxış edən Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşviliyə sual ünvanlayıb.

Parlament üzvü bildirib ki, Kvemo Kartli bölgəsinin kəndlərində yaşayan sakinlər hələ də gürcü dilini bilmirlər. S.Mirzəyevin sözlərinə görə, kənd sakinləri ilə ünsiyyət zamanı ya tərcüməçi tələb olunur, ya da rus dilində danışmaq lazım gəlir.

Deputat dövlət nazirindən milli azlıqlar arasında gürcü dilinin tədrisinin gücləndirilməsi məqsədilə gələcəkdə hansı addımların atılacağı barədə maraqlanıb.

S.Mirzəyev dövlət idarələrində milli azlıqlardan olan gənclər üçün nəzərdə tutulan təcrübə proqramını yüksək qiymətləndirib və bu proqramın gələcəkdə davam etdirilib-etdirilməyəcəyini soruşub.

Hazırda K.Tsixelaşvili deputatların ona ünvanladığı sualları növbəli şəkildə cavablandırır.

20 სექტემბერი, საშემოდგომო სესიის პლენარული სხდომა

20 სექტემბერი, საშემოდგომო სესიის პლენარული სხდომაგარდაბნის მაჟორიტარი დეპუტატის, სავალან მირზოევის შეკითხვა შერიგებისა და სამოქალაქო თანასწორობის საკითხებში სახელმწიფო მინისტრს, ქალბატონ ქეთევან ციხელაშვილს:

Опубликовано გარდაბნის მაჟორიტარი დეპუტატი სავალან მირზოევი/ Savalan Mirzoevi Пятница, 20 сентября 2019 г.

Mənbə: report