Gürcüstan parlamentinin iclası etiraz aksiyası fonunda keçirilir

Cəmiyyət Manshet

Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası keçirilir.

Nsa.ge Report-a istinadən xəbər verir ki, aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.

Aksiyaya vətəndaşlarla yanaşı, müxalif “Güc birlikdədir” birliyinin üzvləri də qatılıblar. Etirazçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin Qəddafi obrazında əks olunduğu plakatlar tutublar.

Əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.