Gürcüstan prezidenti azərbaycanlıların və digər millətlərin prezidenti olmaqdan fəxr etdiyini deyib

Cəmiyyət Manshet

“Mənim üçün gürcü, abxaz, osetin, kürd, azərbaycanlı, yezid, erməni və ölkədə yaşayan digər millətləri təmsil edənlərin prezidenti olmaq böyük fəxr və məsuliyyətdir”

Nsa.ge xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Əsrlər boyu bir çox çətinliklər və saysız düşmən hücumlarına baxmayaraq, Gürcüstanda tolerantlıq ənənəsi qorunub saxlanır. Mənim üçün gürcü, abxaz, osetin, kürd, azərbaycanlı, yezid, erməni və ölkədə yaşayan digər millətləri təmsil edənlərin prezidenti olmaq böyük fəxr və məsuliyyətdir”.

Prezident onuda qeyd edib ki, ölkədə yaşayan bütün milli azlıqların milli mənsubiyyəti, mədəniyyəti, dili və adət-ənənələri tanınır və qorunur.

NSA.GE