Gürcüstan və bu ölkə arasında viza rejimi ləğv olunacaq

Cəmiyyət

Gürcüstan və Qrenada arasında viza rejimi ləğv olunacaq.

Nsa.gexəbər verir ki, Gürcüstanın baş naziri Giorgi Qaxaria bu haqda hökümətlər arası danışıqların başlanması ilə bağlı sərəncamı verib.

Vizasız rejim haqqında razılaşma yaxın günlərdə Gürcüstan və Paraqvay arasında formalaşdı.

Bununla yanaşı, Gürcüstan vətəndaşları üçün viza rejimini Honduras da ləğv etməyə hazır olduğunu bildirib.

Belə k, Gürcüstan vətəndaşları vizasız 113 ölkə səfər edə bilərlər.

Qrenada ölkəsi adalardan ibarət bir dövlətdir və Karaib dənizinin cənub-şərq hissəsində yerləşir.

Qrenadanın əhalisi 112 000 nəfər təşkil edir.