Gürcüstan vətəndaşı Bakıda həyat yoldaşını xüsusi amansızlıqla döyüb

Cəmiyyət Dünya

Gürcüstan vətəndaşı Bakıda həyat yoldaşını xüsusi amansızlıqla döyüb.

Nsa.ge Trend-də istinadən xəbər verir ki, hadisə Bakının Xətai rayonu, Sarayev küçəsi ev 8, mənzil 98-də baş verib.

Həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Məhərrəmova Məhluqə Məzahir qızı polisə müraciət edərək bildirib ki, iyulun 4-də gecə saat 05 radələrində onunla eyni ünvanda yaşayan həyat yoldaşı, Gürcüstan vətəndaşı, 1985-ci il təvəllüdlü Hacıyev Eldar Eldəniz oğlu tərəfindən təzyiqlərə məruz qalaraq xüsusi amansızlıqla döyülüb.

Faktla bağlı araşdırma aparılır.