Gürcüstan vətəndaşı Qazaxda qəza törədib, piyada ölüb

Cəmiyyət Dünya

Azərbaycanın Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nsa.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya məlumat verilib.

Məlumata görə, avqustun 27-də saat 21 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Gürcüstan vətəndaşı B.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Nurlan Yusifovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.