Gürcüstan vətəndaşları əsas problemlərini açıqlayıblar

Manshet Cəmiyyət

Gürcüstan vətəndaşlarının 48 faizi önəmli problem olaraq iş yerlərinin olmamasını göstərir.

Nsa.ge xəbər verir ki, bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.

Sorğuda iştirak edənlərin 34 faizi hesb edir ki, problem qiymətlərin artmasındadır. 33 faizi hesab edir ki, ölkədə problem yoxsulluqdur, 29 faizi ərazi bütövlüyünü göstərir. Bununla yanaşı sorğu olunanların 22 faizi hesab edir ki, problem pensiyalardır, 19 faizi isə, önəmli problem olaraq maaşları göstərir.

Bununla yanaşı NATO-ya üzv olmanı əhəmiyyətli olaraq 6 faiz hesab edir, ətraf mühiti 5 faiz, məhkəmə sitemini 5 faiz.