Gürcüstan vətəndaşları artıq bu ölkəyə vizasız səfər edə biləcək

Manshet Cəmiyyət

Gürcüstan və Paraqvay arasında vizasız gediş-gəliş haqqında razılaşma imzalanıb.

Nsa.ge xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyi xəbər yayıb.

Belə ki, Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani və Paraqvayın Xarici İşlər Naziri Antonio Rivas Palasios BMT Baş assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən görüş zamanı, Gürcüstan və Paraqvay arasında vizasız gediş-gəliş haqqında razılaşma imzaladılar.

Nazirlər Gürcüstan və Paraqvay arasındaki əməkdaşlıq perspektivlərini müzakirə ediblər və kənd təsərrüfatı sahəsində əməkdaşlıq potensialı ilə maraqlanıblar.

Onlar qeyd ediblər ki, vizasız gediş-gəliş iki ölkə arasında komunikasiyayı daha da fəallaşdıracaq.

Qeyd edək ki, Paraqvay vətəndaşları Gürcüstana vizasız 2014-cü ildən səfər edə bilirlər.

Gürcüstan vətəndaşları isə, Paraqvay vizalarını ölkənin diplomatik nümayəndəliyindən alırdılar.