Gürcüstan vasitəsilə Rusiyaya radioaktiv maddə daşıyan Ermənistan vətəndaşı saxlanılıb – FOTO

Manshet Cəmiyyət

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti radioaktiv maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ermənistan vətəndaşını saxlayıb.

Nsa.ge-nin xəbərinə görə, Sadaxlı gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşına məxsus mikroavtobusa baxış keçirilərkən 71.3 kq radioaktiv izotoplara malik “Torium 232” maddəsi aşkar edilib.

Radioaktiv maddənin insan həyatı üçün ölümcül təsirə malik olduğu bildirilir.

Faktla bağlı Əks-Kəşfiyyat Departamenti araşdırmalara başlayıb.