Paytaxt Tiflisdə Yazıçılar Evi qarət olunub

Manshet Cəmiyyət

Tbilisidə yerləşən Gürcüstan Yazıçılar Evindən oğurluq olub.

Nsa.ge Report-a istinadən xəbər verir ki, oğurluq faktını evdə yerləşən alim və xeyriyyəçi David Saracişvilinin xatirə muzeyinin əməkdaşları aşkar ediblər.

İlkin məlumatlara əsasən, xatirə muzeyindən D.Saracişviliyə məxsus əşyalar oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, Yazıçılar Evinin yerləşdiyi bina 1905-ci ildə D.Saracişvili üçün inşa olunub. 

NSA.GE