Gürcüstana ən çox bu ölkələrdən işləməyə gəlirlər – TOP 10 ölkə

Manshet Cəmiyyət

Bu ilin ilk 7 ayında Gürcüstanda işləyən xarici vətəndaşların sayı 10 573 nəfər təşkil edib.

Nsa.ge xəbər verir ki, bunu “Businesspressnews” nəşri yazıb.

Gürcüstanın Gəlirlər Xidmətinin təqdim etdiyi statistik məlumata əsasən, ölkədə 124 ölkə vətəndaşı əmək fəaliyyəti ilə məşğul olur.

Ölkəyə işləmək məqsədilə gələn xarici vətəndaşların ilk 10-luğunda Türkiyə 2 539 nəfər birinci yerdədir. Azərbaycan 1 210 nəfərlə ikinci yerdə, üçüncü yerdə isə Ukrayna 1 181 nəfərlə qərarlaşıb.

Gürcüstana işləmək üçün gələn ilk 10 ölkə:

  • Türkiyə – 2 539
  • Azərbaycan – 1 210
  • Ukrayna – 1 181
  • Rusiya – 964
  • İran – 832
  • Çin – 818
  • Ermənistan – 469
  • Hindistan – 362
  • Qazaxıstan – 205
  • Belarusiya – 176

2018-ci ildə Gürcüstanda 11 697 xarici vətəndaş işləyib ki, bu da illik müqayisədə 300 nəfər çoxdur.