Gürcüstana idxal edilən 28 ton toyuq ətində ölümcül bakteriya aşkarlanıb

Cəmiyyət Manshet

Poti və Kulevi limanları vasitəsi ilə Gürcüstana idxalı planlaşdırılan dondurulmuş toyuq ətlərinin tərkibində salmonella bakteriyası aşkarlanıb. 

Nsa.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, qurumun Fitosanitar və Veterinar Yoxlama bölməsinin əməkdaşları sözügedən limanlarda Hollandiyadan idxal edilən 28 ton dondurulmuş toyuq ətinin tərkibini laboratoriya şəraitində yoxlayıblar. 

Yoxlama zamanı toyuq ətlərində salmonella bakteriyası aşkarlanıb.

Bundan sonra toyuq ətləri geri göndərilib.