Gürcüstana külli miqdarda qızıl keçirilməsinin qarşısı alınıb

Manshet Cəmiyyət

Maliyyə Nazirliyinin əməkdaşları Qırmızı Körpü və Sarp gömrük-keçid məntəqələrindən ölkə ərazisinə bəyan edilməmiş külli miqdarda qızıl-zinət əşyalarının keçirilməsinin qarşısını alıb.

Nsa.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 12, 13 və 15 iyulda baxış zamanı Azərbaycan, Gürcüstan və Ukrayna vətəndaşlarından ümumilikdə 914.29 qram olmaqla 70 min lari dəyərində bəyan edilməmiş qızıl-zinət əşyaları aşkarlanıb.

Saxlanılan şəxslərin 24.080.48 lari məbləğində cərimələndiyi bildirilib.