Gürcüstana qanunsuz keçməyə cəhd edən xarici vətəndaşlarının sayı və hansı ölkələrdən olduğu açıqlanıb

Manshet Cəmiyyət

Gürcüstana qanunsuz daxil olmağa cəhd göstərən əcnəbi vətəndaşları sayı açıqlanıb.

Nsa.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Yay ayları ərzində ölkəyə ümumilikdə 96 əcnəbi vətəndaş qanunsuz daxil olmağa cəhd göstərib. Bunlardan 15-i Türkiyə, 8-i Hindistan, 4-ü Azərbaycan, 4-ü Ermənistan, 5-i Mərakeş, 5-i İran, 1-i Iraq vətəndaşı olub. Qanunsuz daxil olmağa cəhd edən 8 nəfərin isə vətəndaşlığı olmayıb.

Gürcüstan DİN-in məlumatına görə, ötən gecə  2 Kamerun vətəndaşı ölkəyə qanunsuz daxil olmağa cəhd göstərib. Faktla bağlı istintaq başladılıb. Saxlanılan şəxsləri 5  ilədək həbs cəzası gözləyir.